Showing posts with label Kinoteatr. Show all posts
Showing posts with label Kinoteatr. Show all posts
11/30/2012
11/06/2012
10/22/2012
Uzaqlardakı qonşuluq
Mən belə tərcümə elədim adını, nə qədər doğru olduğunu deyə bilmərəm, amma xoşuma gəldi.
Avropa kinosuna olan simpatiyam bu filmdən sonra daha da artdı. Mənim üçün həmişə ağrılı və həssas olan ailədaxili münasibətlərdən bəhs edən bu filmi, həm də məni narahat edən suallara qismən də olsa cavab verə bildiyi üçün sevdim..
Baxın, peşman olmazsınız, məncə..

8/03/2012
Buddenbruklar..
Alman yazıçısı Tomas Mannın eyniadlı romanı əsasında çəkilmiş "Buddenbruklar" filmini ikinci dəfə izlədim. İlk dəfə çox bəyənmişdim, ikinci dəfə lap çox bəyəndim. Bir ailənin üç nəsillik həyatı əks olunur filmdə. Ailə dəyərləri, ailə üzvləri arasındakı münasibət, biznes mühitindəki rəqabət və başqa maraqlı nüanslar gözəl əks olunub. Mənim həssaslıqla yanaşdığım ata-qız münasibəti də bu filmdə diqqətimi çəkən məqamlardandır. Bir sözlə, baxmağa dəyər.
Onlayn izləmək üçün şəklin üzərinə basın.
Onlayn izləmək üçün şəklin üzərinə basın.
Labels:
Kinoteatr
6/01/2012
5/18/2012
Dəmir ledi
Marqaret Tetçer, qərb dünyasında ilk qadın baş nazir. Nə şəxsiyyəti, nə də fəaliyyəti barədə bir söz deyə bilmərəm, amma cəsarətinə heyranam. Haqqında çəkilmiş bu filmi çox bəyəndim. Sevimli aktrisalarımdan olan Meril Stripin ifası möhtəşəmdir. Filmdən yadımda qalan və məni düşünməyə vadar edən baş qəhrəmanın dilindən deyilmiş aşağıdakılar oldu:
"Əvvəllər insanlar hər şeydən əvvəl nə isə eləməyə çalışırdılar, indi isə insanlar hər şeydən əvvəl kimsə olmağa çalışırlar..."
"İnsanlar düşünməyi tərgidiblər, indi onlar ancaq hiss edirlər... Siz bilirsiz bizim epoxanın ən böyük problemlərindən biri nədir? Bizi hissləri düşüncə və ideyalardan üstün tutan insanlar idarə edir... Düşüncələrinlə ehtiyatlı ol, çünki onlar sözə çevrilirlər, sözlərinlə ehtiyatlı ol, çünki onlar sənin hərəkətlərinə çevrilirlər, hərəkətlərinlə ehtiyatlı ol, çünki onlar sənin vərdişlərinə çevrilirlər, vərdişlərinlə ehtiyatlı ol, çünki onlar sənin xarakterinə çevrilirlər, xarakterinlə ehtiyatlı ol, çünki o sənin taleyinə çevrilir. Biz nə düşünürüksə, elə də oluruq..."

5/17/2012
5/15/2012
5/11/2012
5/10/2012
2/13/2012
Şimal və cənub
Son günlər abunə olduğum və "Möhtəşəm kinoromanlar" seriyasından həftədə bir dəfə aldığım kino disklərinə baxmaqla məşğulam. Əsasən XIX əsrin sonlarını əks etdirən və ingilis yazıçılarının əsərləri əsasında çəkilmiş bu uzunmüddətli filmləri izləmək mənə xüsusi həzz verir. Ən son baxdığım filmi isə kəşf etdiyim üçün sonsuz sevincliyəm. Bu gündən onu ən sevimli kinom elan edirəm!
Elizabet Qaskelin əsəri əsasında çəkilmiş və melodrama janrında olan, "Şimal və cənub" adlı film, cəmiyyətin müxtəlif təbəqələrinin qarşılıqlı münasibətini göstərməklə yanaşı, doğru ailə tərbiyəsi, düzgün idarəçilik və xarakter nümunələri ilə unudulmaz iz qoyur insanda. Mən bu filmdə həm də ideal kişi xarakterini kəşf eləmişəm və deyəsən aşiq olmuşam.))
Film 235 dəqiqəlik olmasına baxmayaraq, bir içim su kimi tez bitir. Ən azından məndə belə oldu. Baxmaq istəyən olsa, xoş izləmələr!

2/28/2011
Günəşi gördüm
2009-cu ildə müğənni kimi tanıdığımız Mahsun Kırmızıgülün rejissorluğu və ssenarisi əsasında çəkilmiş bir dram əsəri. Türkiyənin şərqində bir kənddə həmişə gündəmdə olan kürd, PKK probleminə görə əziyyət çəkən günahsız insanlar. Bir tərəfdə qanlarından, canlarından olan "dağa çıxmış"lar, digər tərəfdə dövlətin rəsmi simaları - hərbçilər. Kənddəki bir neçə ailə hərbçilərin təkidilə kəndi, doğma yerlərini tərk etməli olurlar. Bəziləri xaricə qaçqın kimi qaçmalı, bəziləri İstanbulda şəhər həyatının "cahil" insanlara bəxş etdiyi çətinliklərlə və acılarla üzləşməli olacaqlar. Bir sözlə - əsl dram.
Filmdə diqqətimi çəkən bir yer var ki, onu da qeyd etməliyəm. "Dağa çıxmış" və terror dəstəsi adlandırılan dəstənin üzvlərindən biri kənddəki ailələrdən birinin oğludur. Bir gecə gizlicə evə gələn oğul, valideynlərinin onu evə qaytarmaq cəhdlərinə cavab olaraq, "mən bu dağlara sizə görə, sizi qorumaq üçün çıxmışam!" - deyir. Həmin gecənin səhəri gecə kəndə "terrorçu"ların gəldiyini öyrənən hərbçilər kəndə gəlir, kəndliləri sorğu-suala çəkir. Komandir kəndlilərə müraciət edərək deyir ki, "biz bu dağlara sizə görə, sizi qorumaq üçün çıxmışıq!". Günahsız insanların halını düşünmək çətin deyil belə halda...
Subscribe to:
Posts (Atom)