3/22/2012

Unudulmuş dil..

Bir vaxt vardı danışardım çiçəklərin dilində,
anlayardım kəlmə-kəlmə dediyini tırtılın
Xısın-xısın gülümsərdim, bir vaxt vardı,
qəfildən                   
eşidəndə qeybətini ürkək sığırçınların Bir vaxt vardı..
baş qoyunca yastığıma,
hər gecə                   
bölüşərdim sevincimi, nisgilimi milçəklə..
Toplaşaraq yatağımın dörd yanına,
ah necə 
sevinərdi hər suala cavab alan sisəylər!..

Bir vaxt vardı..         
qar yağardı..                 
naçar dənəciklərin                             
hər ölümə enişində mən də haray çəkərdim!..
Bir vaxt vardı danışardım dilində çiçəklərin..
Necə oldu unutdum bəs?!
Necə oldu?!..
bilmədim!


Şel Silverşteyn

Tərcümə: Roman Məmmədov

...

Ad günün mübarək, indiyə qədər həyatımdan gəlib keçmiş ən doğma insan!

Bilmirəm niyə, amma içimdə bu gün səni son dəfə təbrik etdiyimə dair qəribə bir hiss var.

3/19/2012

Mənim şedevrim..

If you were the Mona Lisa
You’d be hanging in the Louvre
Everyone would come to see you
You’d be impossible to move
It seems to me is what you are
A rare and priceless work of art
Stay behind your velvet rope
But I will not renounce all hope
And I’m right by your side
Like a thief in the night
I stand in front of a masterpiece
And I can’t tell you why

It hurts so much
To be in love with the masterpiece...


 

Uzun zamandır mənə bu qədər təsir edən mahnı olmamışdı...

3/09/2012

...

Dünyada ən vəfalı - ölümdür, daima bizi izləyir, bir an belə olsa uzaq durmur. 

Ən vafasız isə həyatdır, durmadan bizdən qaçır. 

Biz isə nə həyata çata bilirik, nə də ölümlə barışa bilirik, yarımçıq qalmışıq...

2/16/2012

Ən gözəl gözlü Dolça..

Bu gün dünyanın ən gözəl gözlü Dolçası, mənim əziz rəfiqəm, Aysel Novruz`un ad günüdür.

Aşağıdakı əl işini üç il bundan əvvəl (Ay, hara uçur bu vaxt?) hazırlayıb, çap edib, ona düz Fransaya göndərmişdim hədiyyə olaraq. Bu gün də onu təbrik etmək üçün bloqumda paylaşası bundan yaxşı bir şey gəlmədi ağlıma.)

Ad günün mübarək, Niiiiin!


2/13/2012

Şimal və cənub

Son günlər abunə olduğum və  "Möhtəşəm kinoromanlar" seriyasından həftədə bir dəfə aldığım kino disklərinə baxmaqla məşğulam. Əsasən XIX əsrin sonlarını əks etdirən və ingilis yazıçılarının əsərləri əsasında çəkilmiş bu uzunmüddətli filmləri izləmək mənə xüsusi həzz verir. Ən son baxdığım filmi isə kəşf etdiyim üçün sonsuz sevincliyəm. Bu gündən onu ən sevimli kinom elan edirəm!

Elizabet Qaskelin əsəri əsasında çəkilmiş və melodrama janrında olan, "Şimal və cənub" adlı film, cəmiyyətin müxtəlif təbəqələrinin qarşılıqlı münasibətini göstərməklə yanaşı, doğru ailə tərbiyəsi, düzgün idarəçilik və xarakter nümunələri ilə unudulmaz iz qoyur insanda. Mən bu filmdə həm də ideal kişi xarakterini kəşf eləmişəm və deyəsən aşiq olmuşam.))

Film 235 dəqiqəlik olmasına baxmayaraq, bir içim su kimi tez bitir. Ən azından məndə belə oldu. Baxmaq istəyən olsa, xoş izləmələr!


...

13.02.2012

***
25 yanvar 2012-ci il tarixində 26 yaşım tamam oldu, bununla da həyatımda qara zolaq başladı. Düşünürəm ki, axına qarşı üzmək istəyinin nəticəsidir bu. Olsun, yolun sonunda məqsədə çatmaq varsa, axına qarşı üzməyə davam!

***
Bilirəm, sonsuz günahlar eləmişəm... Yenə də Sən`in əffinə sığınıram.. Sən bağışlayansan, bağışlamağı sevənsən, məni də bağışla..

1/26/2012

Əzizlər, nəhayət ki mən məşhur "Limonlu piroq" umun reseptini bölüşürəm!



Ərzaqlar:
Xəmir üçün:

- 400 qr. yağ
- 1 stəkan pesok
- 2 yumurta
- 1 stəkan qatıq
- yarım çay qaşığı çay sodası
- sirkə
- 4 stəkan un


Limonlu krem üçün:

- 1 böyük limon
- 1 stəkan yarım pesok


Qaynadılmış (zavarnoy) krem üçün:

- 1 stəkan pesok
- 3 xörək qaşığı un
- yarım litr süd
- 100 qr yağ


Hazırlanma qaydası:

Əvvəlcə kremləri hazırlayırıq.

Limonlu kremi hazırlamaq üçün, 1 ədəd limonu ət maşınından keçiririk. Sonra ona 1 stəkan pesoku qatıb yaxşıca qarışdırırıq. Vəssalam!



Qaynadılmış kremi hazırlamaq üçün, balaca bir qazanda pesok və unu yaxşıca qarışdırıb, üzərinə südü əlavə edirik və ocağın üstünə qoyuruq. Tez-tez qarışdırırıq ki, dibi yapışmasın. Elə ki krem bərkidi və qaynamağa başladı, altını söndürüb, 100 qram yağı qatırıq və qarışdırırıq.





Xəmiri hazırlamaq üçün yağı çüyün bir qabda əridirik.



Ərimiş yağın üzərinə pesoku, yumurtanı, qatığı sıra ilə qarışdıraraq əlavə edirik. Sonra çay sodasını sirkədə əridib xəmirə qatırıq. Bir az vanil və ən sonda unu qatıb qaşıq ilə qarışdırırıq. Ona görə qaşıqla qarışdırırıq ki, xəmirimiz şəkildəki kimi yumşaq və axan olmalıdır.





Hazırladığımız xəmirin 2/3 hissəsini piroqu bişirəcəyimiz tavaya yayırıq. Çalışma qlazımdır ki, yayılmış xmir tavanın hər yerində eyni səviyyədə olsun. Sonra tavanı sobaya qoyuruq. 180 dərəcə istilikdə qoya bilərsiz. Ondan çox olmaması məsləhətdir. Bu xəmir tez bişəcək, ona görə də nəzarətdə saxlayın, elə ki tavadakı xəmirin qıraqları qızarmağa başladı, deməli bişib.

Xəmirin qalan 1/3 hissəsinə isə bir az d aun qataraq, oxlovla aça biləcəyimiz hala gətirmək lazımdır.



Sonra xəmiri hissə-hissə oxlovla yayırıq və istənilən bir stəkanınla dairələr kəsirik.





Kəsdiyimizdairələrin ortasında da balaca dairələr kəsirik. Mən bunun üçün dərzilərin işlətdiyi üskük deyliən əşyadan istifadə edirəm.





Kəsdiyimiz dairələri listə düzb sobada bişiririk. Elə ki alt hissələri qızardı, götürə bilərsiniz sobadan.



Dairələri kəsərkən xəmirin artıq qalan hissəsini nazik şəkildə yayırıq və onu da hər iki tərəfinin yaxşı qızarması şərtilə sobada bişiririk.



Ən birinci bişirdiyimiz xəmirin üzərinə limonlu kremi sürtürük.





Bir az qaldıqdan sonra qaynadılmış kremi sürtürük.





Sonra bişirdiyimiz dairələri sıra ilə səliqəli şəkildə düzürük.



Dairələrin ortasına zövqə görə mürəbbə və ya fındıq qoya bilərsiniz.



Xəmirin artıq qalan hissəsindən bişiridyimizi ovub, piroqun üzərinə səpirik.



Piroqumuz hazırdır! Piroqu hazırlandığı andan 1 gün sonra yemək məsləhətdir, onda daha dadlı olur!

Nuş olsun!




Aysel Novruz - Ölçülər


5/19/2011

...

19.05.2011

***
Həyatımdakı bütün yarımçıqları tamamlamaq üçün əlimdən gələni etmək qərarına gəlmişəm. Ailəmdən başladım və dünən ilk addımı atdım. Bircə anamın xoşbəxtliyi üçün bu addımı atmağa dəyərdi həm də...

***
Zeynəb isə məni hər gün özünə heyran qoymaqda davam edir. İlahi, o getdikcə mənə oxşayır. Dəcəl, səs-küylü, "özündənrazı" və ayaqqabı geyinməyi sevməyən. Bəli-bəli, ayaqqabı geyinməyi heç sevmir, ayağı da yaşına görə kifayət qədər böyükdür, indidən ona uyğun ayaqqabı tapmaqda çətinlik çəkirəm. Hətta onu "Mauqli" deyə çağırıram son günlər. Elə bil meşədə böyüyüb bu on ayı.))

***
Bir aydan çoxdur ki, Zeynəb üçün sifariş etdiyim aksesuar nəhayət ki dünən gəlib çıxdı. Mən onu çoooox sevdim, əminəm ki, Zeynəb də sevəcək. Murano şüşəsindən hazırlanmış, balaca şirin uşaq ayaqqabılarıdır.