2/16/2012

Ən gözəl gözlü Dolça..

Bu gün dünyanın ən gözəl gözlü Dolçası, mənim əziz rəfiqəm, Aysel Novruz`un ad günüdür.

Aşağıdakı əl işini üç il bundan əvvəl (Ay, hara uçur bu vaxt?) hazırlayıb, çap edib, ona düz Fransaya göndərmişdim hədiyyə olaraq. Bu gün də onu təbrik etmək üçün bloqumda paylaşası bundan yaxşı bir şey gəlmədi ağlıma.)

Ad günün mübarək, Niiiiin!


2/13/2012

Şimal və cənub

Son günlər abunə olduğum və  "Möhtəşəm kinoromanlar" seriyasından həftədə bir dəfə aldığım kino disklərinə baxmaqla məşğulam. Əsasən XIX əsrin sonlarını əks etdirən və ingilis yazıçılarının əsərləri əsasında çəkilmiş bu uzunmüddətli filmləri izləmək mənə xüsusi həzz verir. Ən son baxdığım filmi isə kəşf etdiyim üçün sonsuz sevincliyəm. Bu gündən onu ən sevimli kinom elan edirəm!

Elizabet Qaskelin əsəri əsasında çəkilmiş və melodrama janrında olan, "Şimal və cənub" adlı film, cəmiyyətin müxtəlif təbəqələrinin qarşılıqlı münasibətini göstərməklə yanaşı, doğru ailə tərbiyəsi, düzgün idarəçilik və xarakter nümunələri ilə unudulmaz iz qoyur insanda. Mən bu filmdə həm də ideal kişi xarakterini kəşf eləmişəm və deyəsən aşiq olmuşam.))

Film 235 dəqiqəlik olmasına baxmayaraq, bir içim su kimi tez bitir. Ən azından məndə belə oldu. Baxmaq istəyən olsa, xoş izləmələr!


...

13.02.2012

***
25 yanvar 2012-ci il tarixində 26 yaşım tamam oldu, bununla da həyatımda qara zolaq başladı. Düşünürəm ki, axına qarşı üzmək istəyinin nəticəsidir bu. Olsun, yolun sonunda məqsədə çatmaq varsa, axına qarşı üzməyə davam!

***
Bilirəm, sonsuz günahlar eləmişəm... Yenə də Sən`in əffinə sığınıram.. Sən bağışlayansan, bağışlamağı sevənsən, məni də bağışla..