4/23/2011

Nazım Hikmet

 

23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı`na ithaf olunur...

4/22/2011

O ev..


Bir vaxtlar bu evdə yaşamağı arzulayırdım. Yanındakı çörəkçidən hər səhər isti çörək alıb, O`nunla səhər yeməyi yemək kimi məsum istəklərim vardı...)

Pərviz - "Yad dildə"



Pərvizin "Yad dildə"sini satışa çıxdığı günlərdə almağıma baxmayaraq, oxumaq bu günlərə qismətmiş. Mən kitabları yox, onlar məni seçir oxunmaq üçün. Və bu o deməkdir ki, bu həyatda təsadüflər yoxdur.

Pərvizin adı mənim üçün keyfiyyətli yazı ilə sinonim sayılır. İnanırdım ki, yaxşı roman ilə qarşılaşacam, yanılmadım. Bir daha əmin oldum ki, hələ də bu dildə roman yazmaq mümkündür, problem dildə yox, yazarda imiş.

Romanda istər ictimai-siyasi, istər məişət, istər mənəvi məsələlər kifayət qədər ustalıqla təsvir olunub. Hər birimizin həyatı var orda, hər birimizin ruhu...

Bir sözlə, oxumağa dəyər!


4/11/2011

...

11.04.2011

***

Zeynəb hər gün noutbukumun klaviaturasının bir düyməsini çıxarıb verir əlimə. Belə getsə noutbuksuz qalacam... Mən işdən gələndə, evə ayağımı basar-basmaz, onu qucağıma almağım üçün can atır, o an üzündəki gülüş isə mənə bütün yorğunluğumu unutdurur. Hərdən hiss edirəm ki, məni özünə arxa bilir və bu mənə ləzzət edir! ... İşdən gələndən sonra yemək masasının arxasına oturanda, qarnı tox da olsa, mütləq qucağımda oturacaq, mənim yeməyimdən yeyəcək. Bu gün öz yeməyimdən ona yedizdirəndə isə başını ehmalca çiynimə qoyub mənə sevgisini bildirməsi elə möhtəşəm duyğu idi ki! Səni sevirəm, şahzadəm...

***

Bu gün ad günüm olduğunu fərz etsək, mənə uzun müddətdir gözlədiyim hədiyyəni etsən, olmazmı?!

...

4/07/2011

...

07.04.2011

***


Bu gün Vinsent üçün darıxdım...  

***
Bu gün həm də müəllimlik etdiyim günləri xatırladım. Bir vaxtlar kursda mühasibatlıqdan dərs deyirdim. Özümdən yaşca xeyli böyük, bir neçə yaş balaca, müxtəlif tələbələrim olmuşdu. Zövqlü iş idi. Müəllimliyi həmişə sevmişəm. İndi də iş yerimə təcrübəçi iki qız gəlib, onlara müəllimlik edirəm. Dünyada insalara bildiyini öyrətməkdən daha gözəl nə ola bilər ki?!

4/06/2011

Pərviz, "Yad dildə" (kiçik hissə)

"...Alnımı ovuşdura-ovuşdura siqaret tüstülədir, susuzluqdan quruyub qaxac olmuş İçərişəhəri süzürdüm; burda evlər elə salınıb ki, bir-birinin ayıbını yaxşıca örtürlər, bir ev o birinin üzünə örtükdü, amma bu evlər, həm də bir-birinin ayıbını ovcunun içi kimi görür; birinin gözü o birinin üstündədi, biri o birinə göz qoyur, o birini nəzarətdə saxlayır, sanki İçərişəhər xəfiyyələr adasıdı; ayıbsız kimsə olmadığından xəfiyyələr razılığa gəliblərmiş kimi, israrla susur. İndi bu tip evləri bir-bir buldozerin qabağına verib yerində balaca qalalar tikirlər; daha heç kim evinə qonşunun həyətinə açılan, qonşunun pəncərəsinə baxan pəncərə qoya bilməz, hətta bir mənzildə yaşayanlar belə, bir-birinin ayıbından xəbər tuta bilməz; görünür bu, ayıbların çoxaldığlındandı - olsun ki, İçərişəhəri salanlar haçansa evləri o qurluşda tikəndə ya ayıbsız olduqlarını bilirlərmiş, ya da həyətinə daim yad gözlər baxacaq deyə, "kimsə ayıb iş görməz" düşünübmüşlər; İçərişəhər haçansa iç-içə mənzil kimi olub; adamlar da iç-içə yaşayıblar; bir evin qonağı bir şəhərin qonağı olub, bir evin düşməni bir şəhərin - bir evin ayıbı da bütün İçərişəhərin ayıbı deməkmiş. İndi hamı ayıb içindədi, kimsə kimsənin ayıbını görmədiyindən hamı ayıb axtarır, onunçün də təzə tikilən evləri elə tikirlər ki, nə kimsənin ayıbını görsünlər, nə kimsə ayıblarını görsün; adamlar bir yandan özgürləşir, istədiyi həyat tərzini seçir, bir yandan da özgürlüyünü kiminsə görməsindən təlaşlanır, utanır; adamlar özlərinin xəbəri olmadan öz azadlıqlarına ayıb bir şey kimi baxıb, çəkinirlər. Bu azadlıq kasıb əyninin görmədiyi təzə paltar kimi canlarını sıxır... Can atdıqları azadlıqda əxlaqsız bir şey olmadığını düşünə-düşünə, onu qonşudan nəyə görə gizlədiyi kimsənin ağlına gəlmir. Evinə arxadan, qonşunun qapısına açılan pəncərə qoyan adam qonşunun namusuna sataşmış sayılır. Bunun üstündə qonşu qonşunun qanını belə içər."

Pərviz, "Yad dildə"