7/25/2012

Nəfəsim..

Əgər iki il bundan əvvəl, məhz bu gün sən dünyaya gəlməsəydin, mən nə edərdim, qızım?! İndi harada idim, necə idim, heç təsəvvür belə etmirəm! 

Ad günün mübarək, həyatımın mənası!

7/14/2012

Uzuncorab Peppi!

Sevimli e110365 də bloqunda Peppi haqqında  yazandan sonra, iki ildir ad günü hədiyyələrimin siyahısına daxil etməyimə baxmayaraq, heç kimin onu mənə hədiyyə etməyəcəyini görüb, özüm sifariş elədim. Təəssüf ki, uşaqlıqda oxumamışam, amma indi oxuyacam. Kitab çox keyfiyyətli və rəngarəngdir, özümü uşaq kimi hiss edirəm onu vərəqləyəndə. ))




7/13/2012

...

Bir neçə gün əvvəl çox sevdiyim rəfiqələrimdən biri olan Nərmin Kamal bir sosial şəbəkədə müzakirə zamanı belə bir şərh yazdı: "Şel, mən heç bir kişiylə yol gedəndə özümü səninlə yol gedəndə hiss etdiyim qədər təhlükəsiz hiss etmirəm. :))". Bəlkə də bu yarızarafat yazılmış bir şərh idi. Amma bunu oxuduqdan sonra, oturdum, düşündüm, çox düşündüm və başa düşdüm ki, mən də tək "yol" gedəndə özümü daha təhlükəsiz hiss edirəm, nəinki yanımda bir kişiylə gedəndə. Baxmayaraq ki, ailəmdəki, ətrafımdakı kişilər fiziki və xarakter baxımdan güclüdürlər, həyatım boyu mənə təhlükəsizlik hissini yaşadan kişi olmadı...

***
Qızım böyüyür, bu ay 2 yaşı olacaq. Qaqaşımız da var artıq. Mən isə hər gün bir daha əmin oluram ki, onlar mənim ən yaxşı və ən sevimli "məşğuliyyətim"dirlər. Nə yaxşı ki, onlar var! 

***
Bu gün həyatımda heç vaxt etmədiyim bir şeyi etməyə qərar verdim. Konkret bir heyvanın məsuliyyətini üstümə götürüb saxlamaqdan gedir söhbət. Rəfiqəmin bir ayağı zədəli olan pişiyinin baxımını rəfiqəm ölkədən getdiyi üçün öz üzərimə götürəcəm. Və inanıram ki, bununla həyatımda bəzi şeylər də dəyişəcək.