5/18/2012

Dəmir ledi

Marqaret Tetçer, qərb dünyasında ilk qadın baş nazir. Nə şəxsiyyəti, nə də fəaliyyəti barədə bir söz deyə bilmərəm, amma cəsarətinə heyranam. Haqqında çəkilmiş bu filmi çox bəyəndim. Sevimli aktrisalarımdan olan Meril Stripin ifası möhtəşəmdir. Filmdən yadımda qalan və məni düşünməyə vadar edən baş qəhrəmanın dilindən deyilmiş aşağıdakılar oldu:

"Əvvəllər insanlar hər şeydən əvvəl nə isə eləməyə çalışırdılar, indi isə insanlar hər şeydən əvvəl kimsə olmağa çalışırlar..."


"İnsanlar düşünməyi tərgidiblər, indi onlar ancaq hiss edirlər... Siz bilirsiz bizim epoxanın ən böyük problemlərindən biri nədir? Bizi hissləri düşüncə və ideyalardan üstün tutan insanlar idarə edir... Düşüncələrinlə ehtiyatlı ol, çünki onlar sözə çevrilirlər, sözlərinlə ehtiyatlı ol, çünki onlar sənin hərəkətlərinə çevrilirlər, hərəkətlərinlə ehtiyatlı ol, çünki onlar sənin vərdişlərinə çevrilirlər, vərdişlərinlə ehtiyatlı ol, çünki onlar sənin xarakterinə çevrilirlər, xarakterinlə ehtiyatlı ol, çünki o sənin taleyinə çevrilir. Biz nə düşünürüksə, elə də oluruq..."



5/17/2012

Ağıl oyunları..

"Məntiqi səbəbləri, ancaq sevginin sirli bərabərləşməsində tapmaq olar..."
Bu, oyunlar teoriyasına görə Nobel mükafatı almış, Con Neş`in həyatından bəhs edən filmdir. Filmdə Nobel mükafatı alarkən etdiyi çıxışda səslənir yuxarıdakı fikir. Düşünmək lazımdır bu haqda, mütləq..
 

5/15/2012

The blind side

Yaxşı insan olmaq üçün getdiyin yoldur xoşbəxtlik..

Sevimli aktrisa, əla film!


Cavi`dən yeni kitab

“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin mükafatlandırma mərasimi iyunun 1-də saat 18 00-da Azad Fikir Universitetində (Bakı, Süleyman Rəhimov küç., 183) keçiriləcək. Bütün maraqlananlar dəvətlidir, giriş azaddır.
 

Bundan başqa ""OXU ZALInın seçimi" seriyasında çap edilən növbəti kitabın - Cavidanın şeir və hekayələr kitabının təqdimatı da mükafatlandırma mərasimi çərçivəsində baş tutacaq. 

Bütün CavidAn sevərləri tədbirə qatılmağa çağırıram. İş günü olmasına baxmayaraq, mən də getməyə çalışacam. 

5/11/2012

Axına qarşı..

Absurd məqamlar əskik olmasa da, insanın özünü tapmasına dair daha bir maraqlı film. Eyni zamanda, sosial xarakterli mesajlar və hakim dairələrdəki intriqalar da maraqlı əks olunub. Xoşuma gəldi. :)
 

Harry Potter

Məni tanıyanlar yaxşı bilir, baxmağa doymadığım filmlərdəndir Harry Potter haqqında olan 8 film. 8 seriyaya sıra ilə əvvəldən axıra, ən azı 10 dəfə baxmışam. Bundan sonra da ən azı 10 dəfə baxacağıma əminəm.  









The Help

Bu filmə aylar öncə baxsam da, məndə unudulmaz izlər qoyub. Filmə baxandan sonra isə ağlıma gələn ilk şey - "Dünyanı nə gözəllik, nə də mərhəmət yox, cəsarət xilas edəcək" - cümləsi oldu. 


Filmi izləmək üçün şəklin üzərinə basaraq lazımı ünvana keçə bilərsiz.