12/15/2012

İkicə səbəb..

Ölmək üçün çoxlu sayda
ölməməkçün ikicə səbəbin varsa,
və onlardan biri əlin çatacaq qədər yaxın,
digəri aranızda şəhərlər olacaq qədər uzaqsa,
heç biri sənin olmazsa,

əllərin ətəyinin cibində
durmadan ümid axtararsa
və tapmazsa,
sevimli mahnını zümzümə edib
gəzərsənmi yağışın altında?!

11/30/2012

Yenə mən!

Həmişə qayıda biləcəyiniz bir "eviniz" varsa, gülümsəyin! :)

11/19/2012

Zərdüşt Şəfi

Sən Günəşi görməmisən-
Səni görən görüb onu..
Göyü qübbə bilməmisən-
Səni sevən hörüb onu..

Sən heç zaman gülməmisən
Həsrətini çəkənlər var..
Sən sevgini bilməmisən-
Şah belini bükənlər var..

..Sən heç zülüm çəkməmisən-
Gözündə yaş görənlər var..
Sən bilmirsən ölüm nədi-
Sənsizlikdən ölənlər var..
Sənsizlikdə ölənlər var..
Sənsizlər var..
Var.

(Z. Şəfi)

11/06/2012

Sevimli Culi!

Bir gün qarşınıza ağ-qara, standart olmayan, əksinə rəngarəng və fərqli olan biri çıxdığında, qorxmayın, hürkməyin, qınamayın, sadəcə sevin..)

Və s. bu kimi gözəl şeylər öyrədir bu kino. Baxın mütləq.


10/25/2012

...

Пора уснуть последним сном,
Довольно в мире пожил я;
Обманут жизнью был во всём
И ненавидя и любя.

(Лермонтов)

10/22/2012

Uzaqlardakı qonşuluq

Mən belə tərcümə elədim adını, nə qədər doğru olduğunu deyə bilmərəm, amma xoşuma gəldi.

Avropa kinosuna olan simpatiyam bu filmdən sonra daha da artdı. Mənim üçün həmişə ağrılı və həssas olan ailədaxili münasibətlərdən bəhs edən bu filmi, həm də məni narahat edən suallara qismən də olsa cavab verə bildiyi üçün sevdim..

Baxın, peşman olmazsınız, məncə..


9/20/2012

Спасибо..

Спасибо вам за то, что не любили.
За нелюбовь нельзя корить.
Спасибо, что на мир глаза открыли,
За то, что я продолжил дальше жить.
Спасибо, что не станем мы друзьями…
Ведь слишком много связывало нас.
Спасибо, что не вместе мы ночами,
За то, что я один сейчас.
Благодарю за дерзкие упрёки,
За ваш непримиримый нрав,
За то, что стал для вас далёким,
Любовь свою жестоко обуздав.
Благодарю за то, что не прочтёте
Вы этих строк нигде и никогда.
За то, что чувства наши не вернёте,
Они почти исчезли без следа.
Желаю, чтобы счастливо вы жили!
А я не устаю благодарить…
Спасибо вам за то, что не любили
И мне вновь никогда не полюбить



Михаил Лермонтов

9/10/2012

...

Bu gün qəribə darıxmaq hissi bürümüşdü məni. Dostlardan kiminsə zəng edib, görüş təklif etməsini istədim, amma heç kimdən zəng gəlmədi. Özüm niyə zəng etmədim? Çünki, heç kimdən bu gün vaxtının olmadığını və ya görüşə bilmədiyini eşitmək istəmədim.

Beləcə, həyatımda heç vaxt etmədiklərimdən daha birini etdim. İlk dəfə kinoteatra getdim. Özü də tək. :)

Nə deyim, xoşuma gəldi. Afişalardan diqqətimi ən çox çəkən filmi seçdim və onu izlədim. Melodrama və fentezi janrında olan, nağılabənzər bir film idi.

9/05/2012

Aynadaki Halime

Akmayan yaşlarla sıcacık yüzün;
yavrum, bugün seni pek üzgün gördüm.
Gözünde bir küçük noktadır hüzün,
Neşeni ne bugün, ne de dün gördüm.
Eğri dallar gibi halsiz, yorgunsun,
Birikmiş sulardan daha durgunsun,
Görünmez bıçakla içten vurgunsun,
Seni öz yurdunda bir sürgün gördüm.
Geçti bir cenaze peşinde ömrüm;
Bilemem, vardığın neresi, bugün?
Her gün yürüdüğün kadar yürüdün,
Arkasından kendi ölünün; gördüm.
 
Necip Fazıl Kısakürek

Анна Ахматова

Я улыбаться перестала,
Морозный ветер губы студит,
Одной надеждой меньше стало,
Одною песней больше будет.
И эту песню я невольно
Отдам на смех и поруганье,
Затем что нестерпимо больно
Душе любовное молчанье.


1915

Hanı o ağ çəkmələrim?

Ana,
O qayğısız günlərimin paltarını istəyirəm,
Gətir yenə geyinim.
Şalvarımı, pencəyimi at bayıra,
Ya da payla ehtiyacı olanlara.
Gətir mənə, o qayğısız günlərimin paltarını.
İtən ömrün hər anını ilmələyib əlcək kimi toxu mənə,
Yenə nağıl oxu mənə,
- Ulduz göydən düşər gələr,
Apban harda bişər gələr?
- Ana bunu bilirəm, Allah Baba göndərər...
Ana, sağ əlimə vurduğun
yun çubuğu,
İllər ötdü qələm oldu,
Yazdıqları naləm oldu.
Kölgədə yazılıb talehim mənim,
Gün görmədim, göyərmədim.
Ana, gətir geyinim,
Hanı o ağ çəkmələrim?

Elçin Aslangil

Mənbə 

8/22/2012

...

Böyümək yaşın üstünə yaş gəlmək deyilmiş. Böyümək özündən başqa canlıların acısını hiss etmək və onlara şərik olmaqmış. Bu gün bir az da böyüdüm...

20.08.2012

***

Dünyanı nə sevgi, nə də mərhəmət yox, məhz cəsarət xilas edəcək! Çünki, sevmək üçün də, mərhəmətli olmaq üçün də, fədakarlıqlar üçün də, cəsarət lazımdır! Cəsarətimiz varmı?!

***

Hə, belə də olurmuş. İstiyə nifrət etdiyin halda, Allahdan isti və küləksiz hava diləmək..

***

Böyük evlərdən zəhləm gedir! Evlər böyüdükcə insanlar kiçilir!


  

8/10/2012

Cemli piroq


Ərzaqlar:
- 250 qr. yağ
- 1 stəkan şəkər tozu
- 2 ədəd yumurta
- 0,5 ç.q. çay sodası
- vanil
- un (xəmirin aparacağı qədər)
- cem (istəyinizə görə istənilən cem və ya mürəbbə ola bilər, əsas odur tumsuz olsun; mən ərik cemindən istifadə etmişəm)

Hazırlanması:  Yağı çuqun qabda əridirik, bir az soyuduqdan sonra üzərinə pesok və yumurtanı əlavə edib qarışdırırıq. Çay sodasını sirkədə əridib əlavə edirik. Sonra vanil və kifayət qədər möhkəm xəmir alınana qədər un əlavə edirik. Xəmirə unu o qədər qatın ki, alınan xəmiri sürtkəcdən keçirə biləcəyinizə əmin olun.

Xəmiri 2 hissəyə (biri böyük, biri kiçik olmaq şərtilə) bölürük. Orta böyüklükdə tava və ya sobanın öz tavasını götürürük. Xəmirin böyük hissəni tavanın içinə sürtkəcdən keçiririk. Açıq yer qalmaması şərtilə, tavanın hər tərəfi xəmir qırıntıları ilə örtülür. Cemi xəmir qatının üzərinə çəkirik. Xəmirin qalan kiçik hissəsini cemin üzərinə sürtkəcdən keçirib sobada 180 dərəcədə bişiririk. Xəmir şirin xəmir olduğundan tez bişəcək. Elə ki, piroqun qıraqlarının qızardığının və üzərinin rənginin dəyişdiyini gördünüz, sobadan çıxarın. Piroqu isti-isti doğramaq daha yaxşıdır. Mən paxlava formasında doğrayıram adətən.

Nuş olsun!


Kakaolu piroq



Ərzaqlar:
- 2,5 stəkan un
- 1,5 stəkan bitki yağı
- 1,5 stəkan su
- 1,5 stəkan şəkər
- Yarım ç.q. çay sodası (sirkə ilə əritmək)
- 6 x.q. ərik cemi (və ya hər hansı başqa cem)
- 3 x.q. kakao
- vanil
- xırda doğranmış qoz ləpəsi

Hazırlanması: Ərzaqları yazdığım sıra ilə qarışdırıb yağlanmış tavaya tökürük. Sobada 180-200 dərəcədə 35 dəqiqə bişiririk. Çıxardandan sonra üzərinə bəzək üçün xırda doğranmış qoz ləpəsindən səpirik. İstədiyiniz formada doğrayıb süfrəyə verə bilərsiz.

Nuş olsun!


...

Elə ki görür, namaz qılmağa gedirəm, qaçır dalımca və düz yanımda dayanır. Etdiyim hərəkətləri və dediyim sözləri təkrar edib, mənimlə birgə namaz qılır. Qurtarandan sonra isə, "Bibi, Allah qəbul eləsin." deməyi də unutmur. Mən isə onu bağrıma basıb doyunca öpməyi..

Artıq əlifbanın 20-ə yaxın hərfini tanıyır. 0-dan 9-a kimi də rəqəmləri. Şeirlər, mahnılar, tapmacalar da öz yerində. Beləcə hər gün yeni şeylər öyrənməklə məşğuluq.

Mənim ağıllı qızımdır, o!


8/03/2012

Buddenbruklar..

Alman yazıçısı Tomas Mannın eyniadlı romanı əsasında çəkilmiş "Buddenbruklar" filmini ikinci dəfə izlədim. İlk dəfə çox bəyənmişdim, ikinci dəfə lap çox bəyəndim. Bir ailənin üç nəsillik həyatı əks olunur filmdə. Ailə dəyərləri, ailə üzvləri arasındakı münasibət, biznes mühitindəki rəqabət və başqa maraqlı nüanslar gözəl əks olunub. Mənim həssaslıqla yanaşdığım ata-qız münasibəti də bu filmdə diqqətimi çəkən məqamlardandır. Bir sözlə, baxmağa dəyər.

Onlayn izləmək üçün şəklin üzərinə basın.


7/25/2012

Nəfəsim..

Əgər iki il bundan əvvəl, məhz bu gün sən dünyaya gəlməsəydin, mən nə edərdim, qızım?! İndi harada idim, necə idim, heç təsəvvür belə etmirəm! 

Ad günün mübarək, həyatımın mənası!

7/14/2012

Uzuncorab Peppi!

Sevimli e110365 də bloqunda Peppi haqqında  yazandan sonra, iki ildir ad günü hədiyyələrimin siyahısına daxil etməyimə baxmayaraq, heç kimin onu mənə hədiyyə etməyəcəyini görüb, özüm sifariş elədim. Təəssüf ki, uşaqlıqda oxumamışam, amma indi oxuyacam. Kitab çox keyfiyyətli və rəngarəngdir, özümü uşaq kimi hiss edirəm onu vərəqləyəndə. ))




7/13/2012

...

Bir neçə gün əvvəl çox sevdiyim rəfiqələrimdən biri olan Nərmin Kamal bir sosial şəbəkədə müzakirə zamanı belə bir şərh yazdı: "Şel, mən heç bir kişiylə yol gedəndə özümü səninlə yol gedəndə hiss etdiyim qədər təhlükəsiz hiss etmirəm. :))". Bəlkə də bu yarızarafat yazılmış bir şərh idi. Amma bunu oxuduqdan sonra, oturdum, düşündüm, çox düşündüm və başa düşdüm ki, mən də tək "yol" gedəndə özümü daha təhlükəsiz hiss edirəm, nəinki yanımda bir kişiylə gedəndə. Baxmayaraq ki, ailəmdəki, ətrafımdakı kişilər fiziki və xarakter baxımdan güclüdürlər, həyatım boyu mənə təhlükəsizlik hissini yaşadan kişi olmadı...

***
Qızım böyüyür, bu ay 2 yaşı olacaq. Qaqaşımız da var artıq. Mən isə hər gün bir daha əmin oluram ki, onlar mənim ən yaxşı və ən sevimli "məşğuliyyətim"dirlər. Nə yaxşı ki, onlar var! 

***
Bu gün həyatımda heç vaxt etmədiyim bir şeyi etməyə qərar verdim. Konkret bir heyvanın məsuliyyətini üstümə götürüb saxlamaqdan gedir söhbət. Rəfiqəmin bir ayağı zədəli olan pişiyinin baxımını rəfiqəm ölkədən getdiyi üçün öz üzərimə götürəcəm. Və inanıram ki, bununla həyatımda bəzi şeylər də dəyişəcək.

6/14/2012

...

Aha, mən insanları bircə saniyənin içində sevə, eləcə də bircə saniyənin içində silə bilirəm. Bu heyran olduğum xasiyyətimdir, nə yalan deyim.

Səni də bircə anın içində silə biləcəyimi bilsəydim, bu illər boşa getməzdi. Amma alındı, sən də silindin.

Mənim sevimli Taqorum isə deyir, "Река истины протекает через каналы заблуждений."

Belə..

6/12/2012

Kağız gəmilər..


Ev

Allahın Rəsulu (s) səhabələrindən soruşdu: “Qadın nədir?” Dedilər: “Qadın - namusdur”. Soruşdu: “Qadın nə vaxt Allaha daha çox yaxın olur?”. Səhabələr cavab verə bilmədilər. Bu sualı eşidən Fatimə (s.ə) buyurdu: “Qadının Allaha ən yaxın olan vaxtı evində olan vaxtıdır”. Bu cavabı eşidən Peyğəmbər (s) buyurdu: “Həqiqətən, Fatimə (s.ə) - bədənimin bir parçasıdır”.

İndicə qabağıma çıxdı bu yazı. Xoşuma gəldi. Son zamanlar daha çox evə can atdığımı xatırladım... Məncə qadın evində nəinki Allaha ən yaxın olur, həmçinin qadının xoşbəxt ola biləcəyi ən yaxşı yer onun evidir. Onu sevən, qayğısını çəkən insan ilə paylaşdığı ev.

Qadına xoşbəxt olmaq üçün dörd divar belə bəsdir, təki o dörd divarı ona dar edən olmasın, əksinə öz xoş münasibətilə cənnətə çevirən olsun.

Gəl artıq!


15 sm.




İstəyirəm..


6/01/2012

Templ Qrandin

Qarşımıza çıxan maneələr hər biri bir qapıdır, sadəcə açıb o biri tərəfə keçmək lazımdır.

"Təbiət zalım ola bilər, insanlar zalım olmağa məcbur deyil."

Əla bioqrafik filmdir, hamı baxsın! 
 

5/18/2012

Dəmir ledi

Marqaret Tetçer, qərb dünyasında ilk qadın baş nazir. Nə şəxsiyyəti, nə də fəaliyyəti barədə bir söz deyə bilmərəm, amma cəsarətinə heyranam. Haqqında çəkilmiş bu filmi çox bəyəndim. Sevimli aktrisalarımdan olan Meril Stripin ifası möhtəşəmdir. Filmdən yadımda qalan və məni düşünməyə vadar edən baş qəhrəmanın dilindən deyilmiş aşağıdakılar oldu:

"Əvvəllər insanlar hər şeydən əvvəl nə isə eləməyə çalışırdılar, indi isə insanlar hər şeydən əvvəl kimsə olmağa çalışırlar..."


"İnsanlar düşünməyi tərgidiblər, indi onlar ancaq hiss edirlər... Siz bilirsiz bizim epoxanın ən böyük problemlərindən biri nədir? Bizi hissləri düşüncə və ideyalardan üstün tutan insanlar idarə edir... Düşüncələrinlə ehtiyatlı ol, çünki onlar sözə çevrilirlər, sözlərinlə ehtiyatlı ol, çünki onlar sənin hərəkətlərinə çevrilirlər, hərəkətlərinlə ehtiyatlı ol, çünki onlar sənin vərdişlərinə çevrilirlər, vərdişlərinlə ehtiyatlı ol, çünki onlar sənin xarakterinə çevrilirlər, xarakterinlə ehtiyatlı ol, çünki o sənin taleyinə çevrilir. Biz nə düşünürüksə, elə də oluruq..."



5/17/2012

Ağıl oyunları..

"Məntiqi səbəbləri, ancaq sevginin sirli bərabərləşməsində tapmaq olar..."
Bu, oyunlar teoriyasına görə Nobel mükafatı almış, Con Neş`in həyatından bəhs edən filmdir. Filmdə Nobel mükafatı alarkən etdiyi çıxışda səslənir yuxarıdakı fikir. Düşünmək lazımdır bu haqda, mütləq..
 

5/15/2012

The blind side

Yaxşı insan olmaq üçün getdiyin yoldur xoşbəxtlik..

Sevimli aktrisa, əla film!


Cavi`dən yeni kitab

“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin mükafatlandırma mərasimi iyunun 1-də saat 18 00-da Azad Fikir Universitetində (Bakı, Süleyman Rəhimov küç., 183) keçiriləcək. Bütün maraqlananlar dəvətlidir, giriş azaddır.
 

Bundan başqa ""OXU ZALInın seçimi" seriyasında çap edilən növbəti kitabın - Cavidanın şeir və hekayələr kitabının təqdimatı da mükafatlandırma mərasimi çərçivəsində baş tutacaq. 

Bütün CavidAn sevərləri tədbirə qatılmağa çağırıram. İş günü olmasına baxmayaraq, mən də getməyə çalışacam. 

5/11/2012

Axına qarşı..

Absurd məqamlar əskik olmasa da, insanın özünü tapmasına dair daha bir maraqlı film. Eyni zamanda, sosial xarakterli mesajlar və hakim dairələrdəki intriqalar da maraqlı əks olunub. Xoşuma gəldi. :)
 

Harry Potter

Məni tanıyanlar yaxşı bilir, baxmağa doymadığım filmlərdəndir Harry Potter haqqında olan 8 film. 8 seriyaya sıra ilə əvvəldən axıra, ən azı 10 dəfə baxmışam. Bundan sonra da ən azı 10 dəfə baxacağıma əminəm.  









The Help

Bu filmə aylar öncə baxsam da, məndə unudulmaz izlər qoyub. Filmə baxandan sonra isə ağlıma gələn ilk şey - "Dünyanı nə gözəllik, nə də mərhəmət yox, cəsarət xilas edəcək" - cümləsi oldu. 


Filmi izləmək üçün şəklin üzərinə basaraq lazımı ünvana keçə bilərsiz.

3/22/2012

Unudulmuş dil..

Bir vaxt vardı danışardım çiçəklərin dilində,
anlayardım kəlmə-kəlmə dediyini tırtılın
Xısın-xısın gülümsərdim, bir vaxt vardı,
qəfildən                   
eşidəndə qeybətini ürkək sığırçınların Bir vaxt vardı..
baş qoyunca yastığıma,
hər gecə                   
bölüşərdim sevincimi, nisgilimi milçəklə..
Toplaşaraq yatağımın dörd yanına,
ah necə 
sevinərdi hər suala cavab alan sisəylər!..

Bir vaxt vardı..         
qar yağardı..                 
naçar dənəciklərin                             
hər ölümə enişində mən də haray çəkərdim!..
Bir vaxt vardı danışardım dilində çiçəklərin..
Necə oldu unutdum bəs?!
Necə oldu?!..
bilmədim!


Şel Silverşteyn

Tərcümə: Roman Məmmədov

...

Ad günün mübarək, indiyə qədər həyatımdan gəlib keçmiş ən doğma insan!

Bilmirəm niyə, amma içimdə bu gün səni son dəfə təbrik etdiyimə dair qəribə bir hiss var.

3/19/2012

Mənim şedevrim..

If you were the Mona Lisa
You’d be hanging in the Louvre
Everyone would come to see you
You’d be impossible to move
It seems to me is what you are
A rare and priceless work of art
Stay behind your velvet rope
But I will not renounce all hope
And I’m right by your side
Like a thief in the night
I stand in front of a masterpiece
And I can’t tell you why

It hurts so much
To be in love with the masterpiece...


 

Uzun zamandır mənə bu qədər təsir edən mahnı olmamışdı...

3/09/2012

...

Dünyada ən vəfalı - ölümdür, daima bizi izləyir, bir an belə olsa uzaq durmur. 

Ən vafasız isə həyatdır, durmadan bizdən qaçır. 

Biz isə nə həyata çata bilirik, nə də ölümlə barışa bilirik, yarımçıq qalmışıq...

2/16/2012

Ən gözəl gözlü Dolça..

Bu gün dünyanın ən gözəl gözlü Dolçası, mənim əziz rəfiqəm, Aysel Novruz`un ad günüdür.

Aşağıdakı əl işini üç il bundan əvvəl (Ay, hara uçur bu vaxt?) hazırlayıb, çap edib, ona düz Fransaya göndərmişdim hədiyyə olaraq. Bu gün də onu təbrik etmək üçün bloqumda paylaşası bundan yaxşı bir şey gəlmədi ağlıma.)

Ad günün mübarək, Niiiiin!


2/13/2012

Şimal və cənub

Son günlər abunə olduğum və  "Möhtəşəm kinoromanlar" seriyasından həftədə bir dəfə aldığım kino disklərinə baxmaqla məşğulam. Əsasən XIX əsrin sonlarını əks etdirən və ingilis yazıçılarının əsərləri əsasında çəkilmiş bu uzunmüddətli filmləri izləmək mənə xüsusi həzz verir. Ən son baxdığım filmi isə kəşf etdiyim üçün sonsuz sevincliyəm. Bu gündən onu ən sevimli kinom elan edirəm!

Elizabet Qaskelin əsəri əsasında çəkilmiş və melodrama janrında olan, "Şimal və cənub" adlı film, cəmiyyətin müxtəlif təbəqələrinin qarşılıqlı münasibətini göstərməklə yanaşı, doğru ailə tərbiyəsi, düzgün idarəçilik və xarakter nümunələri ilə unudulmaz iz qoyur insanda. Mən bu filmdə həm də ideal kişi xarakterini kəşf eləmişəm və deyəsən aşiq olmuşam.))

Film 235 dəqiqəlik olmasına baxmayaraq, bir içim su kimi tez bitir. Ən azından məndə belə oldu. Baxmaq istəyən olsa, xoş izləmələr!


...

13.02.2012

***
25 yanvar 2012-ci il tarixində 26 yaşım tamam oldu, bununla da həyatımda qara zolaq başladı. Düşünürəm ki, axına qarşı üzmək istəyinin nəticəsidir bu. Olsun, yolun sonunda məqsədə çatmaq varsa, axına qarşı üzməyə davam!

***
Bilirəm, sonsuz günahlar eləmişəm... Yenə də Sən`in əffinə sığınıram.. Sən bağışlayansan, bağışlamağı sevənsən, məni də bağışla..

1/26/2012

Əzizlər, nəhayət ki mən məşhur "Limonlu piroq" umun reseptini bölüşürəm!



Ərzaqlar:
Xəmir üçün:

- 400 qr. yağ
- 1 stəkan pesok
- 2 yumurta
- 1 stəkan qatıq
- yarım çay qaşığı çay sodası
- sirkə
- 4 stəkan un


Limonlu krem üçün:

- 1 böyük limon
- 1 stəkan yarım pesok


Qaynadılmış (zavarnoy) krem üçün:

- 1 stəkan pesok
- 3 xörək qaşığı un
- yarım litr süd
- 100 qr yağ


Hazırlanma qaydası:

Əvvəlcə kremləri hazırlayırıq.

Limonlu kremi hazırlamaq üçün, 1 ədəd limonu ət maşınından keçiririk. Sonra ona 1 stəkan pesoku qatıb yaxşıca qarışdırırıq. Vəssalam!



Qaynadılmış kremi hazırlamaq üçün, balaca bir qazanda pesok və unu yaxşıca qarışdırıb, üzərinə südü əlavə edirik və ocağın üstünə qoyuruq. Tez-tez qarışdırırıq ki, dibi yapışmasın. Elə ki krem bərkidi və qaynamağa başladı, altını söndürüb, 100 qram yağı qatırıq və qarışdırırıq.





Xəmiri hazırlamaq üçün yağı çüyün bir qabda əridirik.



Ərimiş yağın üzərinə pesoku, yumurtanı, qatığı sıra ilə qarışdıraraq əlavə edirik. Sonra çay sodasını sirkədə əridib xəmirə qatırıq. Bir az vanil və ən sonda unu qatıb qaşıq ilə qarışdırırıq. Ona görə qaşıqla qarışdırırıq ki, xəmirimiz şəkildəki kimi yumşaq və axan olmalıdır.





Hazırladığımız xəmirin 2/3 hissəsini piroqu bişirəcəyimiz tavaya yayırıq. Çalışma qlazımdır ki, yayılmış xmir tavanın hər yerində eyni səviyyədə olsun. Sonra tavanı sobaya qoyuruq. 180 dərəcə istilikdə qoya bilərsiz. Ondan çox olmaması məsləhətdir. Bu xəmir tez bişəcək, ona görə də nəzarətdə saxlayın, elə ki tavadakı xəmirin qıraqları qızarmağa başladı, deməli bişib.

Xəmirin qalan 1/3 hissəsinə isə bir az d aun qataraq, oxlovla aça biləcəyimiz hala gətirmək lazımdır.



Sonra xəmiri hissə-hissə oxlovla yayırıq və istənilən bir stəkanınla dairələr kəsirik.





Kəsdiyimizdairələrin ortasında da balaca dairələr kəsirik. Mən bunun üçün dərzilərin işlətdiyi üskük deyliən əşyadan istifadə edirəm.





Kəsdiyimiz dairələri listə düzb sobada bişiririk. Elə ki alt hissələri qızardı, götürə bilərsiniz sobadan.



Dairələri kəsərkən xəmirin artıq qalan hissəsini nazik şəkildə yayırıq və onu da hər iki tərəfinin yaxşı qızarması şərtilə sobada bişiririk.



Ən birinci bişirdiyimiz xəmirin üzərinə limonlu kremi sürtürük.





Bir az qaldıqdan sonra qaynadılmış kremi sürtürük.





Sonra bişirdiyimiz dairələri sıra ilə səliqəli şəkildə düzürük.



Dairələrin ortasına zövqə görə mürəbbə və ya fındıq qoya bilərsiniz.



Xəmirin artıq qalan hissəsindən bişiridyimizi ovub, piroqun üzərinə səpirik.



Piroqumuz hazırdır! Piroqu hazırlandığı andan 1 gün sonra yemək məsləhətdir, onda daha dadlı olur!

Nuş olsun!