5/27/2010

Ad günün mübarək...

27.05.2010

Biz səninlə mən bu dünyaya gələn gündən dil tapa bilmədik.

***
Mən həmişə başqalarına həsədlə baxmalı oldum. İndi də hərdən həsəd aparıram. Amma ehtiyac hissim yoxdur bu sarıdan. Böyümüşəm axı.

***
Eyni zamanda aramızdakı uçurumun günbəgün daha da böyüdüyünü görmək, hiss etmək, xoş deyil. Hər şeyin başqa cür olmasını istərdim əslində. Amma yenə də düşünürəm ki, mənim belə olmağımda bu uçururmun da rolu az deyil. Demək ki, nə olursa xeyirliyə doğru olurmuş...

***
Mən həmişə sənin ümidlərini doğrultmağa çalışdım. İstəklərini cavabsız qoymadım. Sonsuz sayda "dava-dalaş"ımız da olsa, sənə qarşı kin saxlamadım, mənə qarşı kiçik bir haqsız hərəkətin, bütün keçmiş xatirələri yadıma salsa da, kin saxlamadım... Məni hər vəchlə yanında saxlamaq istəyinə isə, üzünə deməsəm də qarşıyam. Amma hələ ki, bunun üçün heç nə etmirəm. Çünki, sən tək deyilsən.

***
Həyatda yeganə insansan ki, sözün əsl mənasında mənim əhvalımı korlaya bilirsən. Sənə qarşı laqeyd olduğum qədər də, həssasam.

***
Nə olursa olsun, həmişə həyatımda olacaqsan, bunu bilirəm. Və həmişə aramızda uçurum olacaq, bunu da bilirəm.

***
Səni sevirəmmi? Bu suala hələ də cavabım yoxdur. ((

***

Ad günün mübarək!

No comments: