9/05/2012

Hanı o ağ çəkmələrim?

Ana,
O qayğısız günlərimin paltarını istəyirəm,
Gətir yenə geyinim.
Şalvarımı, pencəyimi at bayıra,
Ya da payla ehtiyacı olanlara.
Gətir mənə, o qayğısız günlərimin paltarını.
İtən ömrün hər anını ilmələyib əlcək kimi toxu mənə,
Yenə nağıl oxu mənə,
- Ulduz göydən düşər gələr,
Apban harda bişər gələr?
- Ana bunu bilirəm, Allah Baba göndərər...
Ana, sağ əlimə vurduğun
yun çubuğu,
İllər ötdü qələm oldu,
Yazdıqları naləm oldu.
Kölgədə yazılıb talehim mənim,
Gün görmədim, göyərmədim.
Ana, gətir geyinim,
Hanı o ağ çəkmələrim?

Elçin Aslangil

Mənbə 

No comments:

Post a Comment