11/19/2012

Zərdüşt Şəfi

Sən Günəşi görməmisən-
Səni görən görüb onu..
Göyü qübbə bilməmisən-
Səni sevən hörüb onu..

Sən heç zaman gülməmisən
Həsrətini çəkənlər var..
Sən sevgini bilməmisən-
Şah belini bükənlər var..

..Sən heç zülüm çəkməmisən-
Gözündə yaş görənlər var..
Sən bilmirsən ölüm nədi-
Sənsizlikdən ölənlər var..
Sənsizlikdə ölənlər var..
Sənsizlər var..
Var.

(Z. Şəfi)

2 comments:

  1. Zərdüşt Şəfinin şeirlərini çox bəyənirəm. Allah rəhmət etsin.

    ReplyDelete
  2. Bu şeiri xüsusi sevirəm mən də. Amin.

    ReplyDelete