8/03/2012

Buddenbruklar..

Alman yazıçısı Tomas Mannın eyniadlı romanı əsasında çəkilmiş "Buddenbruklar" filmini ikinci dəfə izlədim. İlk dəfə çox bəyənmişdim, ikinci dəfə lap çox bəyəndim. Bir ailənin üç nəsillik həyatı əks olunur filmdə. Ailə dəyərləri, ailə üzvləri arasındakı münasibət, biznes mühitindəki rəqabət və başqa maraqlı nüanslar gözəl əks olunub. Mənim həssaslıqla yanaşdığım ata-qız münasibəti də bu filmdə diqqətimi çəkən məqamlardandır. Bir sözlə, baxmağa dəyər.

Onlayn izləmək üçün şəklin üzərinə basın.


2 comments:

  1. hə, məhv olan ailə romanları məni həmişə özü ilə bərabər məhv edib. yaprak dökümü yaşayır insan oxuduqca

    ReplyDelete
  2. Hə, Musa, bu filmi ilk dəfə sənin bloqunda görmüşdüm, onlayn izləmişdim. Bu gün isə abunə olduğum "Möhtəşəm kinoromanlar" seriyasından diski gəlib çıxdı, yenidən izlədim. Möhtəşəm filmdir.

    Üzücüdür, bir ailənin belə məhv olub getməsi, amma nə etmək olar, hamıdan özün kimi olmağı gözləmək olmur..

    ReplyDelete