2/28/2011

...

25.02.2011

***
Həyatım boyu güvəndiyim bütün kişilər məni məyus etdilər, istər ailəmdəkilər, istər ətrafımdakı digərləri... və mən kişilərə güvənməməli olduğumu vaxtında öyrəndiyim üçün nə qədər şükr etsəm azdır. 

***
Zeynəb hər gün bir az daha böyüyür. Bu gün 7 ayı tamam oldu. Onda özümü görürəm. Necə ağıllı, hər şeyə maraq göstərən və dəcəl olduğunu görəndə fərəhlənirəm. O tam mənim təsəvvür etdiyim kimidir. Bir də "saç yolmaq" kimi xasiyyəti var. Hər gün saçım əlinə düşən kimi, bir topa saç dartıb çıxardır (yolur) və verir əlimə, üzündə məmnun təbəssümlə. Sanki belə də lazımmış..

***
Bu gün ad günümdən bir ay keçəməsinə baxmayaraq daha bir hədiyyə aldım. Rayonda yaşayan rəfiqəm gəlmişdi və özü ilə mənə hədiyyə gətirmişdi. Artıq hamı bezib mənim bitib tükənməyən ad günü hədiyyələrimdən. Evə əlimdə torpa ilə gələndə, soruşmadan içində ad günü hədiyyəsi olduğunu bilirlər. Mama isə deyir ki, "sənin ad günün lap nağıllardakı kimi 40 gün 40 gecə uzandı." Mənə gəldikdə, bundan sonsuz məmnunam. :)

***
Bu gün səhər tezdən telefonuma gələn naməlum zəng müəmma olaraq qaldı mənimçün. Kimin zəng etdiyini, niyə zəng etdiyini düşündüm bütün günü. İşə gedəndə yağan sakit qar isə qısa müddətə də olsa, mənə hər şeyi unutdurdu, o zəngi də...

2 comments:

  1. 7 ay.. ne tez keçdi bu günler?! Maşallah artıq böyüyüb balacam. Zuzu yaxında tutub qalxacaq... sonra gezmeye başlayacaq.. yavaş yavaş danışmağa.. az qalıb inşallah! artıq onun süretine yetişe bilmeyeceksiniz. her gün başqa bir şeyi ile sizi heyecanlandıracaq.
    Gülümse Zuzum... Senin çocukluğunu ihtiyacımız var..

    ReplyDelete
  2. Zuzu, çoxdan yeriyir, maşAllah. Əlbəttə ki, əlindən tutanda.))

    ReplyDelete