3/01/2011

AmonRa. Yorğunluğun fəlsəfəsi.

Sizə bir sirr açımmı?
Mən artıq ölmüşəm,
çoxdan ölmüşəm!
Çox uzaq zamanda..
Ölümün yalan olduğunu -
heç vaxt ölməyəcəyimi
bildiyim anda
ümidimin bomboş qalmış yuvasını
uçurduğumda
artıq qorxmadığımın,
qorxunun nə olduğunu
unutduğumun
fərqinə vardığımda..
ölmüşəm !...
Bəs bu sözlər nədir ?
Ölmək, var olmamaq demək deyildir...

AmonRa

No comments:

Post a Comment