3/22/2011

...

22.03.2011

***

Ad günün mübarək!

***

Bu günə qədər, nə qədər gülməli səslənsə də, qrip olmaqdan xoşum gəlirdi. :) Amma bu günlərdə qrip xəstəliyinə tutulmağım, əks hiss yaratdı məndə. Çünki, qrip olduğum üçün Zeynəbə yaxın gedə bilmirdim. Hər məni görəndə, onu qucağıma alacağımı, oynadacağımı düşünüb gözlərini mənə zilləməsi, mənim isə ona yaxın gedə bilməməyim ağrıdırdı məni. Şükür, geridə qaldı qripli günlər. :)

***
O.2

...Harada, hansı cəmiyyətdə yaşadığını yaxşı bilirdi. Burada insanların niyə ailə qurduğunu da. Dünyaya uşaq gətirə bilməyəcəyindən quracağı ailədə problemlər yaşayacağını düşünürdü. Ona görə də ümumiyyətlə, ailə qurmaq fikrini unutmağı ən yaxşı varinat kimi gördü. Belə daha rahat idi. Əks cinslə münasibətlərinə sərhədlər qoydu. Heç bir oğlana yoldaş, dost anlayışından o tərəfə baxmağa qoymadı özünü. Yaş gəlib çatdı 21-ə. Qarşısına ona sevgi etirafı edən, hətta evlilik təklifi edənlər də çıxdı. Bütün bu təkliflərə qəlb qırmadan, yumşaqcasına rədd cavabı verirdi. Qarşı tərəf israrlı olanda isə, qəlb qırmaqdan da çəkinmirdi. Onu ən çox incidən isə atasının da onunla eyni fikirdə olması idi. Əslində bu onu sevindirməli idi, amma yox, incidirdi. 21 yaşında ona sevgi etirafı edənlərdən birinə şans vermək qərarına gəldi. Ona görə sevmək, sevdiyini olduğu kimi qəbul etmək deməkdi. Qarşı tərəfin onun sevdiyi halda, onu bu proplemi ilə qəbul edəcəyinə inanırdı. Qəbul etdi, ən azından dili belə deyirdi. Amma gün gəldi, münasibət bitdi. Sonra daha birinə şans verdi, sonra üçüncüyə. Bütün münasibətlərin sonu ayrılıqla bitdi. Sonuncu münasibəti onun həyatında silinməz izlər buraxdı. O ilk dəfə bir kişini öz həyatından, dünyadakı hər kəsdən daha çox sevə biləcəyini anladı, sevdi, eyni sevgi ilə sevildiyini düşündü, məyus oldu. Hər üç münasibətinin məhz onun problemi üzündən bitdiyini isə sonralar daha aydın anlayacaqdı... Bu cəmiyyətdəki kişilərin həmişə ailələrindən, eqoizmlərindən mənəvi asılı və aciz olduqlarını, qınaqdan qorxduqlarını da...