3/13/2011

Elif Şafak - Baba ve piç


Oxumazdan əvvəl ən az üz qabığı qədər maraqlı olacağına dair əminlik hissi var idi içimdə. Yanılmadım... Getdikcə daha çox bəyənirəm Elif Şafak qələmini.

"Baba və piç" də təsadüflərin doğrudan da təsadüf olmadığını görür insan. Türk-Erməni münasibətlərinə, iki tərəf arasında müzakirəsi və mübahisəsi bitməyən məsələlərə maraqlı yanaşma var kitabda. Türk və Erməni cəmiyyətinin fərqliliyi, həmçinin oxşarlığını, iki tərəfin gənclərinin düşüncə tərzini, orta nəslin münasibətini gözəl təsvir edib.

Həmçinin romanda müxtəlif qadın obrazları diqqət çəkir. Elifin yaratdığı bütün bu qadınlar güclü və bir-birindən fərqlidirlər. Romanda bir evdə yaşayan 6 qadının necə müxtəlif xarakter və zövqə sahib olduqları maraqlı təsvir olunub.

Oxuduqca əlimdən yerə qoymaq istəmədiyim kitablardan oldu bu da. 

No comments:

Post a Comment