3/01/2011

R. Taqor

Ey sevgilim, qəlbim gecə-gündüz səninlə görüşmək həsrətindədir; elə bir görüş ki, hər şeyi udan ölümə bərabərdir.
Məni fırtına kimi darmadağın elə; nəyim varsa al; röyalarımı dağıt. Arzularımı oğurla. Məni kainatımdan məhrum elə.
Bu tar-mar zamanı, qəlbin son ümidi ilə qoy biz yalnız gözəlliyə çevrilək.
Heyhat, mənim arzularım əbəsdir!
Bu birləşmək ümidi səndən başqa harada mümkündür, ilahi!

No comments:

Post a Comment